Bu gün:

2-ci tip diabetin səbəbi haqqında təəccüblü nəticə


ABŞ alimləri araşdırma apararaq 2-ci tip diabetin səbəblərini açıqlayıblar. "Nature Medicine" jurnalında dərc edilən araşdırmada, təxminən, 14 milyon 2-ci tip diabet xəstəsinin sağlamlıq vəziyyəti və məlumatları araşdırılmış, həmçinin,  bu xəstəliyin meydana gəlməsinin arxasında yanlış qidalanmanın olduğu bildirib.


Tufts Universitetinin alimləri 1990-2018-ci illər arasında 184 ölkədən alınan məlumatlardan istifadə edərək 2-ci növ diabetin səbəbinin qidalanma olduğunu açıqlayıblar. Tam taxıllı qidalardan az istifadə edənlərdə və işlənmiş ət, düyü, buğda kimi qidaları çox qəbul edənlərdə bu xəstəliyə tutulma riskinin daha yüksək olduğu ifadə edilib.


Həmçinin, çoxlu meyvə şirəsi içməyənlərin və ya tərəvəz, qoz-fındıq, toxum kimi qidalardan istifadə etməyənlərin sağlamlıqlarının risk altında olduğu bildirilib. Araşdırmada 2-ci tip diabetin fərdlərə, ailələrə və sağlamlıq sistemlərinə böyük təzyiq göstərdiyinə diqqət çəkilib.

Tədqiqatda iştirak edən alim Dariush Mozaffarian: "Zərərli karbohidratlar yemək dünya miqyasında 2-ci tip diabetin artmasına səbəb olur", -  deyib. Həmçinin, alimlər qeyd ediblər ki, işlənmiş ət, kartof və qırmızı ət istehlakının yüksək olduğu Mərkəzi, Şərqi Avropa və Mərkəzi Asiyada 2-ci tip diabetin göstəriciləri xeyli yüksəkdir.

Mənbə: Sözcü Gazatesi


Tərcümə edən: Gülsər Qədirli

Paylaş
Şərh əlavə et