Bu gün:

Sevdiyi əşyalarla tarixi muzey yaradan insan


Mardinin Midyat bölgəsində 59 yaşlı antik əşya həvəskarı və şair Mecit Akgül Qeyri-Maddi Mədəni İrsi Qoruma Muzeyində 1000-dən çox köhnə ev əşyası, kənd təsərrüfatı alətləri və avadanlıqları, üzlüklər, rəsmlər, mətbəx əşyaları və köhnə kitablar toplayıb. 

Midyatda yaşayan antik əşya aşiqi, 2 uşaq atası Mecit Akgül öz vəsaiti ilə 25 ildə 1000-dən çox köhnə ev əşyaları, kənd təsərrüfatı alətləri, üzlüklər, rəsmlər, mətbəx əşyaları və köhnə kitablar toplayıb.

Akgül 3 fərqli inancın, 4 fərqli mədəniyyətin izlərini daşıyan rayona gələn yerli və xarici turistlərə türk, kürd, suriyalı və ingiliscə bələdçilik edir, həm sərgilədiyi əşyaları, həm də mahalın tarixini danışır.

Bura gələnlər isə Midyatda keçmiş həyatı görürlər. Əvvəllər həyatlarını necə yaşadıqlarını, nə yediklərini, nə şumladıqlarını, məhsullarını necə biçdiklərini-hamısını bu əşyalarda görürlər.

Mənbə: Habertürk 

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et