Bu gün:

Mütəxəssislərə görə, ilk görüş üçün ən yaxşı rənglər bunlardır


30 dəqiqədən sonra ilk görüşünüz var və geyinməyə heç bir şeyiniz yoxdur. Paltar şkafınız geyimlərlə doludur, ancaq nə geyinəyəcəyinizə hələ də qərar verə bilmirsiniz. Ən yaxşı görünmək və hiss etmək istəyirsiniz. Qara köynəyiniz çox darıxdırıcıdır? Bu qırmızı paltar çox cəsarətli deyil? Yeni çəhrayı geyiminiz cansıxıcı görünür? Hansı geyimi geyinəcəyinizə diqqət yetirmək əvəzinə, rəngə diqqət yetirməyə çalışın, çünki fərqli çalarlar fərqli mesajlar göndərə bilər.

İnam və ehtiras yaymaq üçün qırmızı geyin.


Qırmızı xoş təəssürat yaratmaq üçün uyğun rəng seçimidir. Vasser deyir:" İlk görüşdə qırmızı geyinmək ehtiras, həyəcan və inam nümayiş etdirir". "Qırmızı, cazibə, həyəcan hisslərinə səbəb olduğu bilinən bir sevgi və istək rəngidir. Bu, cəsarətli və iddialı bir seçimdir, eyni zamanda, güclü təəssürat yarada bilər, bu da sizin fərqlənmənizə, həmçinin, unudulmaz təəssürat yaratmağınıza imkan verir."


Əgər sən güvənilən və özünəinamlı görünmək istəyirsənsə, mavi rəngi sına


Mavi çox sakitləşdirici bir rəng ola bilər, buna görə tibb bacıları mavi rəngli paltar geyinirlər. Özünə inam məşqçisi və tanışlıq mütəxəssisi Fiona Eckersley deyir ki, mavi ən populyar rənglərdən biridir. Nəticədə, görüşdə mavi geyinmək sizi xoş və güvənilən insan olaraq göstərəcək.


Əslində, 2021-ci ildə Beynəlxalq Mühəndislik araşdırmaları və Texnologiyaları jurnalında (IJERT) nəşr olunan bir araşdırmaya əsasən, mavi rəngin insanların sizə daha çox güvənməsinə səbəb olduğunu göstərib.

Qara geyinməklə zərifliyini önə çıxar.

Qara paltarın görüşdə bu qədər populyar olmasının bir səbəbi var. Vasser deyir:" İlk görüşdə qara geyinmək zəriflikdən və gücdən danışır, həm də bəzi insanlar üçün cəlbedici ola biləcək bir inam və səlahiyyət mühiti yarada bilər."


Alderson əlavə edir:" görüşünüzün üslubundan asılı olaraq, qara rəngdə geyinmək sizi cəsarətli, sirli və mürəkkəb göstərə bilər". "Nahar görüşü üçün rahat bir cüt ayaqqabı ilə kiçik bir qara paltar geyə bilərsiniz. Həmçinin, möhtəşəm bəzəkləri olan qara dəri gödəkçə geyinmək  həmişə əla görünür."


Fərah və sadə görünmək üçün ağ geyim uyğun seçimdir.


Ağ geyinərək fərqli görünüş yarada bilərsiniz. Sadəcə, çox bər-bəzəkli görünməməyə çalışın.


"Ağ geyinmək daha çox hava şəraitindən asılı ola bilər, eyni zamanda, sadəlik ilə əlaqəli olduğu üçün çox məşhur bir rəngdir", - deyə  Eckersley qeyd edir.

Mənbə: BestLife

Tərcümə etdi:  Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et