Bu gün:

Lüksemburqun əhalisi nə qədərdir, rəsmi dili və valyutası nədir?


Rəsmi olaraq Lüksemburq Böyük Hersoqluğu kimi tanınan Mərkəzi Avropa ilə Qərbi Avropa arasında yerləşən kiçik bir ölkədir. Sahilə çıxışı yoxdur. Fransa, Belçika və Almaniya ölkələri ilə həmsərhəddir. Paytaxtı ölkə ilə eyni adı daşıyan Lüksemburq şəhəridir. Sahəsi təxminən 2586 kvadrat kilometrdir.

Ölkədə parlament təmsilçi demokratiyası olan konstitusiya monarxiya sistemi mövcuddur. Böyük knyaz tituluna sahib olan  monarx tərəfindən idarə olunur. BVF və Dünya Bankının məlumatlarına görə, Lüksemburq adambaşına düşən orta gəlirlə birinci yerdədir.

Lüksemburqun əhalisi nə qədərdir? 

2019-cu il statistikasına əsasən, 626,108 əhalisi ilə Avropanın ən az əhalisi olan ölkələr siyahısındadır. Paytaxt şəhər olan Lüksemburqun əhalisi isə 124,528 min nəfərdir.

Lüksemburqun pul vahidi euro-dur.

Mənbə:Sabah

Tərcümə etdi:Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et