Oppenheimerin ekranlarda olduğu bu günlərdə alimlərin tərcümeyi-halından bəhs edən xarici filmləri bir araya gətirirdik.

Dumandakı Qorillalar-1988
Dian Fossey (1932 – 1985) 20 il Ruanda meşələrində dağ qorillalarını öyrənmişdir. Fossey primatları yaşayış yerlərində yaxından müşahidə edərək tədqiqatı müdafiə edən alimlərdən biri idi. İşlədiyi müddətdə təbii həyatı qorumaq, brakonyerliyin qarşısını almaq, vəhşi heyvanların məskunlaşdığı yerlərin turizmə açılmasının qarşısını almaq üçün əlindən gələni etmiş, sağ qalan qorillaların sayını artırmağa nail olmuşdur. Fossey təhsilini davam etdirərkən Ruandada qaldığı dağ kabinəsində yerli hakimiyyət orqanlarının uzun müddət araşdıracağı qətlin qurbanı oldu. Ssenarisini Anna Hamilton Felan yazdığı filmin rejissoru Maykl Apteddi. Film 1989-cu ildə Dian Fossey obrazına görə Siqourni Uiverə ən yaxşı aktrisa nominasiyasında Oskar nominasiyası qazandırdı. Həmin il film uyğunlaşdırılmış ssenari, səs, montaj və musiqi kateqoriyalarında Oskar mükafatına namizəd olub.

Oktyabr səması-1999
Homer H. Hikam Jr. Qərbi Virciniyada yaşayan bir mədənçinin oğlu idi. 1957-ci ildə Sovet İttifaqı Sputnik 1 adlı raketi kosmosa göndərdikdən sonra dostları ilə birlikdə raket tədqiqatlarına başladı. Yaxın çevrəsindən heç kim, xüsusən də, atası onlara inanmadı. İllər sonra Ceik Gillehal NASA-da mühəndis olaraq çalışacaq Hikamın həyat hekayəsindən uyğunlaşdırılan "Raket oğlanlar" filmində baş rolu canlandırdı. Kris Koper, Kris Oven və Laura Dern-in də rol aldığı filmin rejissoru Co Constondur. ABŞ-də çox müsbət rəylər alan və Türkiyədə 'Oktyabr Rüyası' olaraq nümayiş etdirilən filmin orijinal adı 'Raket oğlanların anaqramı idi. Oktyabr həm də Hikamın Sputnik-in buraxılışından ilham aldığı ay idi. İstehsal şirkəti qadın tamaşaçıları qaçırmamaq üçün “Raket oğlanlar” adından yayınıb.

Ağıl oyunları-2001
Nyuton və Mendel kimi elm adamları ilə müqayisə edilən və oyun nəzəriyyəsi ilə də tanınan riyaziyyatçı Con Neşin universitet illərindən başlayaraq həyat hekayəsi...
Ron Hovardın rejissorluğu ilə çəkilən film, Neşin ( Russell Crowe) fantaziya dünyası və tamaşaçılar üçün reallıq. Onun şizofreniya xəstəsi olduğu məlum olduqdan sonra istiqamətini dəyişir və həyat yoldaşı Alisianın (Cennifer Connelly) dəstəyi ilə Neşin həyatda qalmaq mübarizəsinin şahidi olur. Russel Crovun aktyorluğu ilə təsirini artıran "Ağıl Oyunları" ən yaxşı film, aktyor, rejissor və köməkçi qadın aktrisa kateqoriyalarında 4 Oskar qazanıb.

Hər şeyin nəzəriyyəsi-2014
Britaniyalı astrofizik Stiven Hokinqin həyat yoldaşı Ceyn Hokinqin “Sonsuzluğa səyahət: Stivenlə həyatım” adlı bioqrafik kitabına əsaslanan film Stiven (Eddi Redmayne) və Ceyn (Feliciti Cons) arasındakı münasibətdən bəhs edir. İlk söhbətində gənc Stiven Ceynə “hər şeyi izah edən tənlik” tapmaq istədiyini deyir. Ceynlə tanış olduğu ilk günlərdə kiçik simptomlarla başlayan xəstəliyi onun qarşısında maneəyə çevrilir. Nəzəri fizikada Hokinqin ideyalarının təkamülünü izləmək: Dar zalda məşhur astrofizik Roceri dinlədiyi, qəhvəsinə tökdüyü südün hərəkətlərini və ya sviterini geyinməyə çalışarkən ağlına gələn fikirləri izlədiyi anların şahidi olmaq zövq verir.
Digər tərəfdən, xəstəliyin gedişi Hokinqi sosial həyatdan kəsən amansız bir “cəllad”dan heç də fərqlənmir. Ceynin ailə olmaq əzmi və inadkarlığı “hər şeyi” dəyişdirəcək qədər güclüdür. Xülasə, “hər şeyin nəzəriyyəsi”nin arxasında sevginin dayandığı və filmin bu ideya üzərində qurulduğu açıq-aydın görünür. Xatırladaq ki, film Eddi Redmeynə ən yaxşı aktyor nominasiyası üzrə Oskar gətirib.
Mənbə: Habertürk
Tərcümə etdi: Aytən Nazim
