Bu gün:

Cizgi filmlərin nəzəriyyəsini bilirsinizmi?


Uşaqlığımızın ən sevilən hissələrindən biri olan cizgi filmləri haqqında məşhur nəzəriyyələr var. Bu nəzəriyyələr cizgi filmlərinin eskizləri əsasında hazırlanmışdır və  bəziləri istehsalçılar tərəfindən təsdiqlənmiş nəzəriyyələrdir. 
Nemo 

 "Nemonu tapmaq" ən məşhur uşaq filmlərindən biridir. Nemo qaçırılır və atası Marlin onu tapmaq üçün yola düşür. Bəzi nəzəriyyələrə görə, əslində, Marlinin səyahəti tamamilə uydurmadır. Nəzəriyyəyə görə, hücumda Nemo anası ilə birlikdə artıq ölmüşdü. Atası Marlin isə həm oğlunu, həm də həyat yoldaşını itirməyi xəyal edir. Filmdə də Marlin və Coralın yumurtadan çıxması üçün 400 balası var idi, lakin hücumdan sonra yalnız bir yumurta qalmışdı.



Pokemon: Kubonun doğumu

Pokemonda Kubon personajı qaranlıq genləri ilə ən diqqət çəkən pokemonlardan biri idi. Kubonun dəbilqə kimi taxdığı kəllə əslində mərhum anasına məxsusdur. Nəzəriyyəyə görə, Kubonun tipi yalnız anası öləndə aşkarlanır.


Fines və Förb

Fines və Förbün oyunlarını daim bacıları Kandak ifşa etməyə  çalışır. Cizgi filmində diqqət çəkən Kandak personajı əslində şizofreniya xəstəsidir. Nəzəriyyə budur ki, Fines və Förb ölüb və bunu inkar edən bacı Kandak qardaşları ilə qəribə ixtiralar etmək arzusundadır.


Süngər Bob

Süngər Bob ən çox sevilən sevimli cizgi filmlərindən biridir. Yemək həvəsinə düşən xərçəng restoranında hamburgerin sirrinin yenə xərçəng əti olduğu deyilir. Əslində, xərçəng restoranı tam olaraq xərçəng tələsinə bənzəyir. Cizgi filmində rəis kimi cənab Krab və anası bənzərsiz bir obraz kimi göstərilir.


Qarfild, həqiqətən də depressiyada idi

 Qarfild tənbəlliyi və lazanya sevgisi ilə məşhur olan sitrus pişiyidir. 1989-cu il Qarfild Halloven xüsusi tədbirinə görə,  sahibi Con tərəfindən uzun müddət tərk edilmişdi. Rahat həyat haqqında xəyallar qurarkən əslində aclıqdan ölür. 
Qarfild bir gün yuxudan oyananda evi boş görür və "Sakit ol, Qarfild. Ev boşdursa, şübhəsiz ki, bunun yaxşı bir səbəbi var. Con alış-verişə getdi",- deyərək özünü təsəlli etməyə çalışır. Halbuki ev artıq satışa çıxarılıb, hətta qapı-pəncərələr də üzlənmişdi. 


Tom və Cerri

Tom və Cerri cizgi filmində nə qədər düşmən görünsələr də, əslində, dost idilər. Cerri özünü təqib edirmiş kimi davranırdı, çünki Toma sahibi tərəfindən onu tutmaq tapşırılmışdır. Cerri vəziyyətlə ayaqlaşır və yaxın dostunu işdən çıxarmamaq üçün kiçik oyunlar oynayırdı. 
Cizgi filminin son bölümündə Tom öz sevgilisini başqa pişiklə görür və depressiyaya düşür. Cerri yaxşı dost kimi onun yanında idi. Hətta personajların qatar yolunda öldüyü iddia edilir, lakin bu iddia doğru deyil. 


Mənbə: Snopes, Screenart, Chillopedia, Diplu
Tərcümə etdi: Aytən Nazim 

Paylaş
Şərh əlavə et