Bu gün:

Tutanxamonun lənəti və Mumiya mifi


1920-ci illərdə Misir fironu Tutanxamonun məzarının tapılmasından sonra Qədim Misirdə həyat və “Tutanxamonun lənəti” inancı bütün dünyanı bürümüş, bir çox film və hekayələrə mövzu olmuşdur.

Misir Arxeologiyası Cəmiyyətindən John J Johnson Misirdəki mumiyalama prosesini belə təsvir edir: "Beyni hissə-hissə burundan çıxarmaq qorxunc bir əməliyyatdır. Sonra daxili orqanlar çıxarılır. Sonra meyit yuyulur və üzərinə yağ çəkilir".

Misir fironu Tutanxamonun məzarının tapılmasından 95 il ötür. Ancaq bu gün də bir çox hekayə və filmlərə ilham verməyə davam edir.

Bu hekayələrin çoxu “Tutanxamonun lənəti” kimi ifadə edilən inanca əsaslanır. 1920-ci illərdə nəşr olunan qəzet xəbərlərinə görə, İngilis arxeoloqu Hovard Karterin Krallar Vadisinə ekspedisiyasında iştirak edən bir çox insan gözlənilmədən öldü. Bunlara səfəri maliyyələşdirən Lord Karnarvonun elə həmin il ağcaqanad dişləməsi nəticəsində malyariyadan ölməsi də daxildir.

Misir mumiyalarının qorxulu aurası əsasən Mumiya filmlərindən qaynaqlanır.

Mumiyanın dərin izləri

Mumiya, Drakula və Frankenşteyn kimi qorxunc ekran bədheybətləri ilə oxşarlıqlar daşısa da, bizim yaddaşımızda daha dərin izlər buraxıb. Çünki ədəbiyyat aləmində digər personajlar xəyali qəhrəmanlar olduğu halda, rael həyatda Tutanxamonun məzarının açılması ilə "Mumiya" mifi yaranmağa başlandı.

Qazıntılara mətbuatın sıx diqqəti ilə xalqın təsəvvüründə Misir haqqında müəyyən bir fikir meydana çıxdı və memarlıqda Art Deco üslubunun inkişafına töhfə verdi. Misirə marağın bu qədər artdığı bir vaxtda Universal Studios 1932-ci ildə The Mumiya filmini nümayiş etdirdi.

Böyük İnflyasiya dövrü kimi tanınan 1929-cu ildə dünyanı bürüyən iqtisadi böhran zamanı bu film reallıqdan yaxşı bir qaçış olaraq görüldü.

17 fevral 1922-ci il tarixli New York Times qəzetində Tutanxamonun məzarının açıldığı xəbəri

Yeni mumiya filmləri

1999-2008-ci illərdə Mumiya Brendan Fraser və Rachel Weisz ilə bir neçə fərqli şəkildə yenidən ortaya çıxdı. Rejissor Stiven Sommers "3000 yaşlı gəzən, danışan cəsəddən bəhs etsə də, filmin çox hissəsi əsl əfsanə və miflərə əsaslanır",- dedi."Kiçik Qadınlar" romanının müəllifi Louisa May Alcott, 1869-cu ildə yazdığı "Mumiyanın lənəti" hekayəsi ilə mumiya mövzusunun inkişafına töhfə verdi.

Tom Kruzun baş rolda çəkildiyi yeni “Mumiya” filmi təsadüfən kəşf edilən və qisas almaq istəyən mumiyalanmış keçmiş sehrbazdan (Sofiya Boutella) bəhs edir. Bu film çox bəyənilməsədə, "Mumiya mifi" ilə bağlı filmlər ekranları tez tərk etməyəcək.

Mənbə: BBC Culture

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et