Bu gün:

Klod Mone kimdir?


İncəsənət bəşəriyyətin ortaq dilidir. Sivilizasiyanın ölçüsü və mədəniyyətin vacib bir hissəsidir. Rəssamlıq sənəti sənətdə xüsusi yer tutur. Musiqi kimi rəsm sənəti də universaldır. Digər tərəfdən, bəzi sənətkarlar və əsərlər bəşəriyyətin ümumi dəyəri hesab olunur. Klod Mone də maraq duyulan rəssamlar sırasındadır. Klod Mone impressionizm cərəyanın ən vacib sənətkarlarından biridir.


Klod Mone kimdir?

Müasir rəssamlıqda ilk böyük inqilabi hərəkat sayılan  impressionizm cərəyanının böyük nümayəndəsi Klod Mone 14 noyabr 1840-cı ildə Parisdə anadan olub. 5 dekabr 1926-cı ildə vəfat edən sənətkarın tam adı Oscar-Claude Monetdir.

Klod Monenin həyatı

Atası baqqal, anası müğənni olub. O hələ 10 yaşında ikən hazırladığı kömür karikaturalarını satmağa başlayıb. Özü də rəssam olan xalası Klod Monenin rəssamlıq fəaliyyətini dəstəkləyirdi. 1857-ci ildə anası öldükdə dul xalası ilə yaşayıb. Xalasının dəstəyi ilə universitetdə sənət öyrənməyə başlayıb, lakin rəssamlığa ənənəvi yanaşılması onu məyus edib.

Bu dövrdə tanış olduğu Renoir, Basil və Sisley ilə birlikdə açıq havada yaradılan işığın təsirini rəssamlığa ötürmək fikrinə əsaslanan yeni bir texnika hazırladılar. Məhz bu cərəyan sonradan “impressionizm” adlandırılacaqdı.

Klod Monenin ona məşhurluq qazandıran əsəri 1866-cı ilə aid idi və bu əsər “Kamille və ya yaşıl paltarlı qadın” ( La Femme a la Robe Verte ) idi. Daha sonra bu rəsmdə modellik edən Kamilla ilə evlənən Klod Monenin iki övladı dünyaya gəlib. Həyat yoldaşı Kamille 1878-ci ildə ikinci övladı Maykılı dünyaya gətirəndə səhhətində problemlər olub. Qısa müddət sonra vərəm xəstəliyinə tutulmuş miss Mone ölüb. Bir müddət sonra Klod Mone Alis ilə ikinci evliliyini edib.

Klod Mone 5 dekabr 1926-cı ildə 86 yaşında ağciyər xərçəng xəstəliyi səbəbi ilə vəfat edib. Klod Mone Giverni kilsəsinin qəbiristanlığında dəfn olunub.

 Klod Monenin əsərləri


Avropa sənət tarixindəki bu  vacib sənətkarın əsərləri hələ də gündəmdədir və ən dəyərli sənət əsərlərindən biridir. Klod Monenin çox vacib əsərləri var. Bu işlərdən bəziləri bunlardır:

"Piknik" ( 1865 )

"Camille Donsier" ( 1866 )

"Müqəddəs ünvandakı teras" (1867 )

"Le Dejoner" (1868 )

"Jeanne-Margarita Lecadre bağda, Müqəddəs ünvan" (1867 )

"Günəşin doğuşu" (1872 )

"Camille Monet Yapon kostyumunda" (1876 )

"Saint-Lazer Stansiyası" ( 1877 )

"Alice Hochede bağda" ( 1888 )

"Yazda tarlalar" ( 1892 )

"Su zanbaqları" ( 1897 )

"Yapon körpüsü" ( 1924 )

Gəzinti ( 1875 )

"Çimərlik"

"Nəvazişlər" (1873 )

"Ölkədə nahar" (1866)

"Lotus Gölü" ( 1899 )

"Bağdakı qadın"

"Çətirli qadın" ( 1875 )

"Norman qatarının gəlişi, Saint-Lazare stansiyası" (1877 )

"Achtersaan'daki evlər" ( 1871 )

"Monetin Magpie Rəsm Əsəri"  ( 1866-1869 )

"Alacakaranlıqda San Giorgio Maggiore" (1908-1912)

"Argenteuil Körpüsü" ( 1874 )

“Ağlayan söyüd” (1918)

"Yaşıl paltarlı qadın" ( 1866 )

Mənbə: Hüriyyet

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et