Bu gün:

"Vizontele Tuuba" filminin mövzusu və onun aktyorları


Star TV-də yayımlanan Vizontele filminin verilməsi ilə bağlı təfərrüatlar maraq doğurmağa başladı. Ssenarisini ustad aktyor Yılmaz Ərdoğanın yazdığı və reytinqləri qıran Vizontele filmi haqqında ətraflı məlumat:

Filmin mövzusu nədir?

Film 1974-cü ilin əvvəllərində Hakkariyə televiziyanın gəlişindən bəhs edir. Bura hər şeydən xəbər almaq üçün son yerlərdən biridir və bunu eşidən insanlar televiziyanın, yəni "vizontele"nin nə olduğu ilə çox maraqlanırlar. TRT tərəfindən oraya göndərilən zabitlər qəbuledici qurmadan geri qayıdırlar. Bələdiyyə sədri Nazmi bu işin öhdəsindən gəlmək üçün şəhərin dəlisi kimi tanınan Emindən kömək alır. Emin əslində dəli olmayan, texnoloji qurğulara böyük marağı olan, bütün radioları təmir edən, maraqlı həyatı olan bir personajdır.

Film harada çəkilib?

Rejissorluğu Yılmaz Erdoğan və Ömer Faruk Sorak, ssenari müəllifi Yılmaz Ərdoğan olan türk komediya filmidir. Filmin hekayəsi Hakkaridə cərəyan etsə də, burada çəkilişlər çətin olduğundan çəkilişlər Vanın Gevaş rayonunda aparılıb. Daha çox Beşiktaş Mədəniyyət Mərkəzinin aktyorlarının iştirak etdiyi "Vizontele Tuuba" adlı davam filmi 2003-cü ildə çəkilib.

Vizontele Tuuba

Rejissor: Yılmaz Erdoğan

Rollarda: Yılmaz Erdoğan, Demet Akbağ, Tolga Çevik, Tuba Ünsal, Altan Erkekli, Cezmi Baskin

Janr: Komediya

Ölkə: 2004 / Türkiyə

 İlk filmdəki hadisələrdən altı il keçir. Ölkə 1980-ci illərin siyasi təlatümləri ilə üz-üzə qaldığı üçün apolitik bir kənd baş verənlərdən xəbərsizdir. Qərbdən sürgün edilmiş müəllim kəndə gələn kimi özü ilə müxtəlif siyasi ideologiyaları da gətirəcək. Tuba müəllimənin qızı Eminin duyğu dünyasını titrədəcək. Televiziyanın faydalarını çətinliklə həzm edə bilən kənd ona yad olan müxtəlif intellektual dünyaları qəbul edə biləcəkmi?

Mənbə: CNN türk 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et