Paşinyan Ermənistan dəmir yollarının modernləşdirilməsi üçün Rusiyanın investisiya yatırmağa hazır olub-olmadığına aydınlıq gətirilməli olduğunu bildirib.

24media.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan dəmir yollarının rəqabətqabiliyyətli səviyyəyə çatdırılması üçün böyük investisiyalara ehtiyac duyur. Paşinyan qeyd edib ki, əsas məsələ “Rusiya Dəmir Yolları” şirkətinin tələb olunan maliyyələşdirməni təmin etməyə hazır olub-olmamasıdır.
Paşinyan bildirib ki, “Rusiya Dəmir Yolları” şirkətinin baş direktoru Oleq Belozyorov işçi qrupu ilə Ermənistana gəldikdə ondan konkret suallara cavab verməsini istəyib.
“Əslində, sual birdir: “Rusiya Dəmir Yolları” Ermənistanın dəmir yollarını lazımi rəqabətqabiliyyətli səviyyəyə çatdırmaq üçün tələb olunan vəsaiti yatırmağa hazırdırmı? Hazırdırsa, çox yaxşı. Hazır deyilsə, biz başqa investorlar tapmalıyıq”, – deyə N. Paşinyan vurğulayıb.
O, dekabrın 3-də Rusiyaya səfəri zamanı bu məsələni ölkə Prezidenti Vladimir Putinlə müzakirə edə biləcəyini də istisna etməyib.
Aylin Bayraməliyeva
