Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 18-də Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.
Tərəflər oktyabrın 30-da keçirilmiş Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında əldə olunan razılaşmaların icrasını və ikitərəfli əlaqələrin aktual məsələlərini müzakirə ediblər.
Həmçinin ticarət-iqtisadiyyat, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Fidan Ağayeva
