Bu gün:

Tramp: İran çirkli bomba ilə hücum edərsə, görünməmiş bədəl ödəyəcək


ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonda çirkli bomba ilə hücum edəcəyi təqdirdə ağır bədəl ödəyəcəyini bildirib.

24media.az CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu açıqlamanı ABŞ kəşfiyyatının İranın Vaşinqtonda mümkün hücum planları hazırladığına dair məlumatları barədə yayılan xəbərlərdən sonra verib.

Filippində jurnalistlərə danışan Tramp bildirib ki, İran ABŞ administrasiyasının üzvlərini paytaxtda çirkli bomba və ya kimyəvi silahla hədəf alarsa, indiyədək heç bir ölkənin ödəmədiyi qədər ağır bədəllə üzləşəcək.

ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mallin isə belə bir hücumun genişmiqyaslı müharibəyə səbəb ola biləcəyini deyib. O, ABŞ-nin cavab olaraq bütün imkanlarından istifadə edəcəyini bildirib.

CNN-in mənbələrinə görə, İranın planlaşdırma fəaliyyəti yaxın zamanda hücumun baş verəcəyinə işarə etmir. Məlumatlar Tehranın gələcək üçün mümkün ssenariləri nəzərdən keçirdiyini göstərir. Ağ Ev isə ABŞ ərazisinə qarşı hazırda etibarlı təhlükənin olmadığını, lakin bütün potensial təhdidlərin izlənildiyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumatları təkzib edərək onları “uydurulmuş media narrativi” adlandırıb. İranın xarici işlər naziri Abbas Əraqçi də iddiaları İraq müharibəsi dövründəki təbliğatla müqayisə edib.

Bəyanatlar ABŞ və İran arasında münaqişənin başa çatdırılması ilə bağlı danışıqların dayanması fonunda səsləndirilib.



Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et