ABŞ Prezidenti Donald Tramp Asiya səfərinin ilk dayanacağı olaraq Filippinin paytaxtına gedib. Səfər Çində Prezident Si Cinpin və Rusiyanın Prezidenti Vladimir Putinlə görüşlə başa çatacaq.
24media.az BBC News-a istinadən xəbər verir ki, Tramp Manilada “Air Force One” təyyarəsindən enərkən onun üçün qırmızı xalça sərilib. Orkestr onun sevimli mahnılarından biri olan Y.M.C.A. mahnısını ifa edib. Daha sonra Tramp helikopterlə hotelə aparılıb.
Trampın Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammitində ilk görüşü ABŞ-nin tərəfdaşları olan Quad ölkələrinin liderləri ilə olub. Görüşdə Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Sanae Takaiçi və Avstraliyanın Baş naziri Entoni Albaniz iştirak ediblər.
Nərmin Nəcəfova
