Bu gün:

Avropada daha 18 reysin fəaliyyəti bomba təhdidləri səbəbindən pozulub


Avropanın bir sıra ölkələrində bomba təhdidləri səbəbindən azı 18 aviareysin fəaliyyəti pozulub. Təyyarələrin hamısı təhlükəsiz eniş edib, aparılan yoxlamalar zamanı isə partlayıcı qurğu aşkarlanmayıb.

24media.az The Guardian-a istinadən xəbər verir ki, Cümə günü Avropada hava nəqliyyatını pozmağa yönəlmiş yeni bomba təhdidləri dalğası qeydə alınıb. Hadisələrin koordinasiyalı şəkildə həyata keçirildiyi ehtimal olunur.

Son təhdidlər Bolqarıstan, Kipr, Çexiya, Fransa, Macarıstan, İtaliya, Portuqaliya, Rumıniya və Böyük Britaniya ilə əlaqəli azı 18 reysə təsir göstərib.

Bundan əlavə, Danimarka polisi Kopenhagen hava limanına qarşı edilən bomba təhdidini araşdırıb. Hava limanının rəhbərliyi isə onun fəaliyyətini adi qaydada davam etdirdiyini bildirib.

Təhdidlər İrlandiya və Böyük Britaniyada fəaliyyət göstərən media qurumlarına da ünvanlanıb. Avropada xaos yaratmağa yönəlmiş bu cəhdlərin davam etdiyi bildirilir.


Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et