ABŞ fond bazarında baş verən kəskin eniş süni intellekt sektoruna marağı azaldıb. Bu vəziyyət dünyanın ən böyük ilkin səhm təkliflərindən (IPO) birini həyata keçirməyə hazırlaşan Anthropic şirkətinin planlarını çətinləşdirə bilər.

24media.az CNN'ə istiandən xəbər verir ki,Cümə axşamı texnologiya səhmlərində ciddi itkilər qeydə alınıb. Nasdaq indeksi bir gündə 2,5 trilyon dollar dəyər itirərək tarixinin ən böyük gündəlik enişini yaşayıb. Buna səbəb süni intellekt sahəsində inkişafın zəifləyəcəyi və məlumat mərkəzlərinə investisiyaların azalacağı ilə bağlı narahatlıqlar olub.
Anthropic şirkətinin IPO zamanı təxminən 1,5 trilyon dollar dəyərində qiymətləndiriləcəyi gözlənilirdi. Lakin bazardakı vəziyyət investorların bu məbləğə şübhə ilə yanaşmasına səbəb olub. Ekspertlər şirkətin IPO-nu təxirə sala və ya daha aşağı qiymətlə həyata keçirə biləcəyini bildirirlər.
Bununla yanaşı, şirkət gələcək illərdə məlumat mərkəzləri və hesablama gücü üçün təxminən 900 milyard dollar xərcləməyi planlaşdırır. Bu böyük maliyyə öhdəliyi də investorların narahatlığını artırır.
Aydan Xudayarova
