Bu gün:

Tarixi tikililər


Bəşəriyyətin yarandığı gündən öz həyatının izlərini geridə qoyub. Binalar insanları deyil, cəmiyyətləri təmsil edir.


Göbəklitəpə - eramızdan əvvəl XI əsr
Şanlıurfa yaxınlığındakı Göbəklitəpə eramızdan əvvəl 11.000-ci ildə dini bina kimi tikilib. Dünyanın ən qədim məbəd mərkəzi sayılan Göbəklitəpə 2018-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. 20 mənzildən ibarət tikilidə 200-dən çox sütun var. Hündürlüyü 6 metr olan sütunların üzərində heyvan təsvirləri və rəsmlər var. Sütunların hər birinin çəkisi 7 tondan artıqdır.



Qaramələ  – eramızdan əvvəl XI-IX əsrlər
Suriyada Hələbdən 25 km şimalda yerləşən Tell Karamel Göbəklitəpə ilə birlikdə tarixin ən qədim tikilisi hesab olunur. Ticarət üçün çox əhəmiyyətli bir yerdə olan və əkinçilik üçün əlverişli çay vadisində yerləşən arxeoloji kurqanda Neolit dövrünə aid yaşayış məskənlərinin qalıqları var. Qüllə olduğu düşünülən hissənin bir hissəsi olan 5 ədəd yuvarlaq daşın qalıqları aşkar edilib.


Yerixo qülləsi - eramızdan əvvəl VIII əsr Yerixo Fələstin Milli Administrasiyasının Qərb Sahilində İordan çayının yanında yerləşən yaşayış məntəqəsidir. Hündürlüyü 8,5 metr olan Yerixo qülləsi Neolit dövründə tikilib. Göbəklitəpə və Tell Karamel ilə birlikdə ən qədim süni tikililərdən biridir. Lakin qüllənin niyə tikildiyi və necə istifadə edildiyi hələ də məlum deyil. İşlənmiş daşlardan tikilmiş qüllə 22 pilləli daxili pilləkənə malikdir və konstruksiya konus formasındadır.


Mənbə: Habertürk

Tərcümə etdi: Aytən Nazim

Paylaş
Şərh əlavə et