Londonda iki pəncərə təmizləyicisi işlədikləri platformanın nasazlığı səbəbindən göydələnin 15-ci mərtəbəsində köməksiz vəziyyətdə qalıb.

24media.az Sky news-a istinadən xəbər verir ki, Hadisə cümə axşamı axşam saatlarında Southwark ərazisində baş verib. Əraziyə çağrılılan yanğınsöndürənlər 64 metr hündürlüyə çata bilən xüsusi nərdivan vasitəsilə işçiləri təhlükəsiz şəkildə azad ediblər.
London yanğınsöndürmə xidmətinin məlumatına görə, hadisə saat 18:15-də nəzarət altına alınıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Aydan Xudayarova
