Bu gün:

Fransada iğtişaşçılara zərəri ödətmək qərarı


Fransada iğtişaşçıları vurduqları ziyana görə 10 000 avroya (11 150 ABŞ dolları) qədər vəsait ödəməyə məcbur edən qanun layihəsi hüquq müdafiə qrupları və bəzi vəkillərin sərt etirazı ilə qarşılaşıb. Onlar hesab edirlər ki, bu təşəbbüs insanların etiraz məqsədilə küçələrə çıxmaq kimi təməl demokratik hüququna qarşı yönəlib.

24media.az Reuters-ə istinadən xəbər verir ki,  Prezident Emmanuel Makronun hökuməti Fransada son illərin ən ciddi iğtişaşları ilə müşayiət olunan sosial etirazları yatırmaq təzyiqi altında bildirir ki, bu qanun etiraz aksiyaları zamanı tez-tez baş verən vandalizm hallarından zərər çəkənlərə kompensasiya ödənilməsi üçün zəruridir.


Lakin tənqidçilər qeyd edirlər ki, bu həftə parlamentdə müzakirəyə çıxarılan qanun layihəsi elə tərtib olunub ki, zorakılıq baş verən yerin yaxınlığında olan dinc etirazçılar da hüquqi baxımdan məsuliyyət daşıya və cinayət təqibinə məruz qala bilərlər.


Oktyabrın 17-də baş verən iğtişaşlarla bağlı keçirilən təcili məhkəmə proseslərində bəzi təqsirləndirilən şəxslərin vəkili kimi çıxış etmiş, Parisdə fəaliyyət göstərən vəkil Hanna Buşareb bildirib: "Etiraz aksiyalarının kənarında zorakılıq törədən və ya ziyan vuran şəxslər ola bilər, lakin dinc və qanuni etirazçıların böyük əksəriyyətinin bununla heç bir əlaqəsi olmur".


Aygül Alıyeva

Paylaş
Şərh əlavə et