Bu gün:

Sloveniyanın məşhur buzlağı tamamilə əriyib


Sloveniyanın milli kimliyinin rəmzlərindən sayılan Triqlav dağındakı buzlaq Avropada müşahidə olunan həddindən artıq isti yay nəticəsində tamamilə əriyib.

24media.az The Guardian-a istinadən xəbər verir ki, bir vaxtlar böyük buz kütləsinə malik olan Triqlav buzlağı 1983–2003-cü illər ərzində səthinin 93 faizini itirib. Nəticədə buzlaqın sahəsi bir hektardan da az ərazini əhatə edən buz qalıqlarına qədər kiçilib. Buna baxmayaraq, onun yaxın zamanda tamamilə yox olacağını ehtimal edən tədqiqatçıları təəccübləndirərək daha iki onillik ərzində mövcudluğunu qoruyub.

Avropada indiyədək qeydə alınmış ən isti üç ilin də daxil olduğu son beş ildə qalan buz kütləsi tədricən əriyərək bir neçə təcrid olunmuş buz parçasına çevrilib. Yayın sonuna doğru buzlağın əsas hissəsindən cəmi bir neçə metr ölçüsündə buz parçası qalıb.

Bu ay yağan qarın əvvəlində və sonrasında dağın yamacında çəkilmiş yeni fotolar buzlağın sonuncu qalıqlarının da yoxa çıxdığını təsdiqləyib.


Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et