Fransa Liqa 1-də mübarizə aparan “PSJ” növbəti vacib qələbəsini qazanıb. Paris təmsilçisi VIII tur çərçivəsində “Lion”la qarşılaşıb və meydanı 2:0 hesablı qələbə ilə tərk edib. Bu nəticə ilə komanda çempionluq yolunda iddiasını bir daha ortaya qoyub.

24media.az Reusters-ə istinadən xəbər verir ki,gərgin keçən qarşılaşmada hesab uzun müddət açılmayıb. Lakin matçın sonlarına yaxın “PSJ” rəqib müdafiəsinin müqavimətini qırmağı bacarıb. Senny Mayulu 72-ci dəqiqədə fərqlənərək komandasını önə keçirib. Bu qol Paris təmsilçisinin qələbəyə inamını daha da artırıb.
“Lion” hesabı bərabərləşdirmək üçün cəhdlər etsə də, “PSJ” müdafiədə etibarlı oyun nümayiş etdirib. Qarşılaşmanın sonlarında Mika Godts ikinci qolu vuraraq matçın taleyinə nöqtə qoyub. Beləliklə, Paris klubu səfərdə vacib üç xal qazanıb.
Bu qələbədən sonra “PSJ” 17 xalla turnir cədvəlinin liderliyinə yüksəlib. Komandanın bütün turnirlərdə ardıcıl səkkizinci qələbəsini qazanması da diqqət çəkib. Paris təmsilçisi mövsümün bu mərhələsində sabit çıxışı ilə rəqiblərinə ciddi mesaj göndərib.
Ömər Cəfərov
