“Beşiktaş” Basketbol üzrə Avropa Liqasının (EuroLeague) 8-ci turunda sabah doğma meydanda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək.
24media.az TRT Sporta istinadən xəbər verir ki,Turkcell Basketbol İnkişaf Mərkəzində keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.
Avropa basketbolunun klub səviyyəsində ən nüfuzlu turnirində ikinci dəfə iştirak edən “qara-ağlar” keçirdiyi 7 oyunda 3 qələbə qazanıb, 4 məğlubiyyətlə üzləşib. Son çempion olan Yunanıstan təmsilçisi isə 5 qələbə qazanıb, 2 dəfə məğlub olub.
Fəqan Nurullazadə
