Bu gün:

Zeynep Sönmez Çində tur keçirib


Milli tennisçimiz Zeynep Sönmez Quançjou Açıq Qadınlar Tennis Turnirində ispaniyalı Sara Sorribes Tormonu 2:1 hesabı ilə məğlub edərək ikinci mərhələyə yüksəlib.24media.az TRT Haberə istinadən xəbər verir ki,Dünya reytinqində 64-cü pillədə qərarlaşan Zeynep Çinin Quançjou şəhərində keçirilən turnirin ilk turunda reytinqin 88-ci pilləsində olan ispaniyalı Sara Sorribes Tormo ilə qarşılaşıb.

Tək qadınların yarışında 6 nömrəli seribaşı olan 24 yaşlı tennisçimiz rəqibini 2:1 (6:1, 4:6, 6:2) hesabı ilə məğlub edərək WTA 250 kateqoriyalı turnirdə növbəti mərhələyə adlayıb.

Milli tennisçimiz ikinci turda isveçrəli Jil Teixmann ilə qarşılaşacaq.

Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et