Dünyanınn nüfuzlu fərdi mükafatlarından biri olan "Qızıl Top"un (Ballon d'Or) təqdimat mərasiminə saatlar qalmış maraqlı hadisə yaşanıb. Mükafatın rəsmi internet saytında səhvən və ya erkən olaraq bir neçə məşhur futbolçunun qalib elan olunduğu məqalələr dərc edilib.
İngiltərə millisinin hücumçusu Harri Keyn
24media.az BBC.com-a istinadən xəbər verir ki, Londonun "Palladium" teatrında keçiriləcək təmtəraqlı mərasimdən təxminən dörd yarım saat əvvəl internetdə ingilis hücumçu Harri Keynin 2026-cı il "Qızıl Top" mükafatını qazandığına dair məqalə dövr etməyə başlayıb. Görüş çərçivəsində əsas çaşqınlıq isə saytda aparılan əlavə araşdırmalar zamanı ortaya çıxıb.
Məlum olub ki, təkcə Keyn deyil, həm də digər favoritlər – "Barselona"dan Lamin Yamal, "Real Madrid"dən Kilian Mbappe və "İnter Mayami"dən Lionel Messi üçün də eyni tipli məqalələr yazılaraq dərc olunub. Qadın futbolçular arasında isə Aleksia Putelyas və Eva Payor üçün də oxşar materialların hazırlandığı üzə çıxıb.
Qalmaqaldan dərhal sonra – Britaniya vaxtı ilə saat 17:40-a qədər Keyn və Mbappeyə aid səhifələr saytdan silinib. Məqalələrin səhvən dərc olunub-olunmadığı, yoxsa bunun qəsdən planlaşdırılan bir addım və ya texniki xəta olduğu hələlik qeyri-müəyyən olaraq qalır.
Fatimə Salmanlı
