Bu gün:

“Real”dan Kataloniyada zəfər



İspaniya La Liqasının mərkəzi qarşılaşmasında “Real Madrid” səfərdə “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.


24media.az Reuters-ə istinadən xəbər verir ki,Kataloniyada keçirilən “El-Klasiko”da Kilian Mbappe iki dəfə fərqlənərək Madrid təmsilçisinin qələbəsində əsas rol oynayıb. “Barselona”nın yeganə qolunu isə Rafinya vurub.

Bu nəticə ilə “Real Madrid” əzəli rəqibi ilə xal fərqini üçə endirib. “Barselona” isə cari mövsümdə ölkə çempionatında ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, Joze Mourinyonun rəhbərlik etdiyi “Real Madrid” ardıcıl beşinci qələbəsini qazanıb və çempionluq mübarizəsində mövqeyini gücləndirib.

Ömər Cəfərov

Paylaş
Şərh əlavə et