Bu gün:

T-Rex skeleti 6,2 milyon dolara satıldı


Avropa'da ilk dəfə dinozavr skeleti üçün hərrac gerçəkləşdi. İsveçrədə kimliyi açıqlanmayan bir kişi tərəfindən 11,6 metr uzunluğunda və 3,9 metr hündürlüyündəki "xüsusi canavar"a  milyonlarla dollar ödəndi. Həmçinin, var olan ən möhtəşəm T-Rex skeletlərindən biri olaraq bəyan edildi.

Lakin məsələyə digər tərəfdən baxsaq, elm adamları daha çox sayda dinozavr fosilinin özəl kolleksiyaya daxil olmasından narahat olur.


Bəhsi keçən satış, ilk T-Rex hərracı, ya da bu sahədə edilən ən bahalı satış deyil. Ancaq bu tip skeletlər olduqca nadirdir.


Keçən il də hərracda bir T-Rex skeletinin 25 milyon dollara alıcı tapılması gözlənilirdi, amma parçalarının haradan tapıldığını dair şübhələr ortaya çıxdəqdan sonra satışdan geri çəkildi.


Hərraca çıxarılan dinozavr skeletlərinin çoxu, əsasən, qəlib və ya dəyişdirilmiş hissələrdən ibarətdir. Ancaq 293 Trinity'nin yarısından çoxunun gerçək sümüyü var.


Mənbə: Milliyət


Tərcümə etdi : Xədicə Qiyas

Paylaş
Şərh əlavə et