Bu gün:

Keçmişdən bu günə ən məşhur hərbi filmlər


Əsgər filmləri adətən hərbi əməliyyatlar, müharibələr, əsgərlərin təcrübələri və müharibənin təsirləri kimi mövzulardan bəhs edən filmlərdir. 

Bu cür filmlər müharibənin vəhşi təbiətini, əsgərlərin qəhrəmanlıq, fədakarlıq və dözüm göstərmək bacarığını, müharibədən zərər çəkmiş cəmiyyətləri və şəxsi hekayələri əks etdirir.  O həm real hadisələrə əsaslana bilər, həm də uydurma hekayələr danışa bilər.  Köhnə hərbi filmlər tarixi müharibələr (məsələn, I və II Dünya Müharibəsi, Vyetnam müharibəsi, Koreya müharibəsi, Dardanel müharibəsi), hərbi əməliyyatlar və ya terrorla mübarizə (məsələn, xüsusi təyinatlıların missiyaları) haqqındadır. 

Bəzi xarici və türk hərbi filmləri:

Saving Private Ryan:  Rejissoru Stiven Spilberq olan bu film İkinci Dünya Müharibəsinin Normandiya desantlarından bəhs edir.  Real döyüş səhnələri və güclü aktyor çıxışları ilə diqqət çəkir.

Full Metal Jacket:  Kubrikinin rejissorluq etdiyi  bu film Vyetnam müharibəsindən bəhs edir. Film hərbi təlim düşərgəsində başlayan və Vyetnamda döyüşən bir qrup əsgərin hekayəsi əsasında çəkilib.

Platoon: Rejissor Oliver Stonenun bu filmi Vyetnam müharibəsi zamanı Amerika piyada birliyinin təcrübələrini əks etdirir. Burada həm müharibənin real tərəfləri, həm də əsgərlərin daxili münaqişələri göstərilir.

Black Hawk Down: Ridley Scott tərəfindən çəkilən və Netflix əsgər filmləri sırasında yer alan bu film Somalidəki real hadisəyə əsaslanır.  O, Moqadişuda qəzaya uğramış vertolyotu çıxarmaq üçün Amerika xüsusi əməliyyat bölməsinin əməliyyatını təsvir edib.

Çanaqqala 1915: Yeşilçamın unudulmaz çəkimlərindən biri olan bu film Çanaqqala döyüşünü təsvir edir. Türk əsgərinin qəhrəmanlığını və əzmini vurğulayan bu film türk kinosunun klassiklərindən biridir.

Dağ: Real hekayə əsasında çəkilmiş bu film hərbi hissələrin terrorçularla döyüşdüyü dağlıq ərazidə baş verir. Bu, alpinizm bacarıqlarından istifadə edərək öz missiyasını yerinə yetirməyə çalışan bir qrup əsgərin hekayəsindən bəhs edir.

Kurtlar Vadisi: İraq: "Kurtlar Vadisi" türk serialının bu bölümü əsgərlərinin İraqa qarşı əməliyyatlarından bəhs edir.  Filmdə türk əsgərinin şücaəti və vətənpərvərliyi ön plana çəkilir.

Nefes – Vatan Sağolsun: Bir qrup türk əsgərinin terrorçularla döyüşdüyü, dağlıq bölgədə çəkilən bu film gerçək bir hekayəyə əsaslanır.  Filmdə əsgərlərin fədakarlıqları və vətənpərvərlikləri işıqlandırılır. Bu mənada yerli əsgər filmləri arasında mühüm yer tutur.

Mənbə: Haber türk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et