Bu gün:

İnsanlıq tarixinə səyahətin qapıları aralanır


Cənub-şərqi Asiyada yerləşən Laosda bir mağarada çıxarılan diş, insanlıq tarixinin qapılarını aralayır.

Alimlər bir mağarada tapılan ağıl dişinin, ən azı, 130 min il əvvəl yaşayan və "bacarıqlı insan" tipindən bir qadına aid olduğu düşünülür. Bacarıqlı insanlar 2010-cu  ildəki tapıntılarla təsvir edilən və çağdaş insanın qohumu olduğu düşünülən bir tipdir.

Tapılan bu ağıl dişi bacarıqlı insanların cənub-şərqi Asiyada yaşadığını göstərən ilk fosil sübutu olduğu bilinir. Dəqiq olan bir məqam da budur ki, bacarıqlı insan fosili Şimali Asiyada tapıldı. 

Tədqiqatçılar dişdəki çıxıntıları və çuxurları qədim insanlara aid digər fosilləşmiş dişlərlə qarşılaşdırdılar və bunun "homo sapiens"ə aid dişlərə bənzəmədiyini kəşf etdilər. Diş mayasındakı bir miqdar proteinin analizi bunun bir qadına aid olduğunu göstərdi.

Həmçinin, aparılan araşdırmalar onu da göstərir ki, bacarıqlı insanın DNA'sı bu gün bəzi insanlarda yaşayır.

Mənbə : CNN türk

Tərcümə etdi : Xədicə Qiyas


Paylaş
Şərh əlavə et