Bu gün:

Karavacco kimdir?


İncəsənət bütün bəşəriyyətin ortaq mirasıdır. Digər tərəfdən, sənət sahələrindən heykəltəraşlıq və rəsm insanlıq qədər qədim keçmişə malikdir. Arxeoloji qazıntılardan da göründüyü kimi, daha qədim dövrlərdə insanlar mağaraların divarlarına təbiət fiqurları və ovladıqları heyvanların şəkillərini çəkməyə çalışırdılar. Sənət vasitəsilə özünü ifadə etmək istəyi və ehtiya, həqiqətən, qədim zamanlardan bəri mövcud olan bir hissdir. Dünyaca məşhur rəssam  Karavacco maraq doğurur. 

Karavacco kimdir?

Tam adı Mikelancelo Merisi da Karavacio olan Mikelancelo kimi tanınan İtalyan rəssam 1571-ci ildə İtaliyanın Milan şəhərində anadan olub. Doğulduğu şəhərin adını daşıyır. Barok sənətinin ən original rəssamı sayılan Mikelancelo keçici həyatına çox əhəmiyyətli əsərlər qoydu.

Mikelancelonun rəsm dünyasına girişi rəssam Simone Petertzanoya 4 il şagirdlik etməsi ilə başladı. Əvvəlcə, Savaldo və Loto kimi sənətkarların əsərlərini öyrənməyə başladı.

Döyüşkən, skeptik bir xarakterə sahib bir sənətkarın həyatı döyüşlər və təqiblərlə dolu idi. Bir daha polislə problem yaşadıqdan sonra Romadan Neapola, oradan da Malta vasitəsilə Siciliyaya getdi. Buradan Romaya getdi və 1610- cu ildə malyariyadan öldü.

Karavacconun qısaca həyatı

Sənətçinin hansı tarixdə doğulduğu bilinmir. Kilsənin vəftiz kitabında 30 sentyabr 1571-ci ildə vəftiz olunduğu bir qeyd var. Ailənin Mikelancelonun doğulmasından sonrakı ilk illərdə yaşadıqları Milandan vəba epidemiyasından xilas olmaq üçün Karavacco  şəhərinə köçdüyü məlumdur. Vəftiz tarixi Santa Stefanonun  kilsə qeydlərində yer alan Mikelancelo Fermo Merisi və Lusia Aratorinin övladıdır.

Mikelancelonun  həyatında rəssamlıq sənəti çox böyük yer tuturdu. Mikelancelonu rəssamlıqla məşğul olmağa təşviq edən Lusia Aratori idi. Bu dövrdə Mikelancelonun cəmi 12 yaşı var idi.  Əsasən, rəssam  Simone Petertzano tərəfindən yetişdirildi. Daha sonra Titianonun tələbəsi oldu və bu dövrdə Venesiya məktəbi ilə tanış oldu.

1588-ci ildə Mikelancelo Romaya getdi. Burada Arpina cəngavəri ilə çalışdı. 1590-1599-cu illər arasında Romadakı “Louis de française" Fransız kilsəsinin Saint-Mathieu şapelini bəzədi. Bu işi bitirdikdən sonra Mikelancelo Madonna del Popolo və Saint Agostino kilsələrində çalışdı.

Karavacco əsərlərinin xüsusiyyətləri


Şişirtmə və hərəkətlilik intibah cərəyanının tarazlığı və harmoniyası anlayışı ilə kəskin şəkildə ziddiyyət təşkil edən barok üslubunu təsvir edən iki sözdür. Bu cərəyanın ilk rəssamı Karavacco hesab olunur. Bu dövrün məşhur sənətçiləri Vermeer, Rubens və Rembrandtdır.

Barok üslubu ortaya çıxdıqda kilsənin prioritet olduğu qəbul edilir. Çünki 18-ci əsr boyu bir çox Avropa ölkəsində memarları, rəssamları və heykəltəraşları dəstəkləyən və təşviq edən kilsələr var idi. Şahzadələr, krallar və kilsələr sənətkarlardan Müqəddəs əsərlər istəyən və sifariş verənlər idi. Karavacconun  əsas diqqətəlayiq əsərləri bunlardır:

Meduza

Superfamily

La Native avec Saint-François və Saint Laurent

Müqəddəs Matta və mələk

Müqəddəs Matta şəhidliyi

Meyvə səbəti daşıyan oğlan (1593 )

Fırıldaqçılar cədvəli

“Müqəddəs Tomasın şübhəsi” rəsm əsəri ( 1601)

Mənbə: Hürriyet

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et