Böyük Britaniyada son 48 saat ərzində 11 böyük yanğın, cümə günündən etibarən isə 43 yeni meşə və ərazi yanğını qeydə alınıb.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Yanğın Rəisləri Şurasının nümayəndəsi Fil Qarriqan vəziyyətin yanğınsöndürmə xidmətlərini ciddi təzyiq altında qoyduğunu bildirib. Ölkənin bir sıra bölgələrində, o cümlədən Qərbi Midlend, Hempşir və Cənubi Uelsdə böyük yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.
Qərbi Midlenddəki Stourbricdə yanğın nəticəsində 38 ev dağılıb və ya zərər görüb. Hazırda yanğın nəzarət altına alınıb, yanğınsöndürənlər isə közərən ocaqların söndürülməsi üzərində işləyirlər.
Aylin Bayraməliyeva
