Böyük Britaniya hökumətinin meşə yanğınları ilə bağlı milyonlarla mobil telefona göndərdiyi fövqəladə xəbərdarlıq ölkə əhalisi arasında narazılığa səbəb olub.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 14-də ölkə üzrə milyonlarla insana manqal və fişənglərdən istifadənin meşə yanğınlarına səbəb ola biləcəyi barədə bildiriş göndərilib. Baş nazir Endi Börnhem əhalini xəbərdarlığa ciddi yanaşmağa çağırıb. Lakin bundan qısa müddət sonra sosial şəbəkələrdə fövqəladə xəbərdarlıq sisteminin deaktiv edilməsi ilə bağlı çoxsaylı paylaşımlar yayılıb.
Bəzi sürücülər xəbərdarlıq siqnalının yollarda çaşqınlıq və təşviş yaratdığını bildiriblər. Hökumətin qərarı sistemin 2023-cü ildə əsasən insanların həyatı üçün ciddi təhlükə yaradan fövqəladə hallarda istifadə məqsədilə yaradıldığı nəzərə alınaraq da tənqid edilib. Bildirilir ki, xəbərdarlığın əvvəlcə daha çox meşə yanğınlarından təsirlənən bölgələrə göndərilməsi planlaşdırılıb, lakin yanğın və xilasetmə xidmətlərinin ölkə üzrə artan təzyiqlə üzləşməsi səbəbindən onun bütün ölkəni əhatə etməsinə qərar verilib.
Aylin Bayraməliyeva
