Bu gün:

Abdullah Zubir “Qarabağ”dan ayrılıb


Abdullah Zubir “Qarabağ” futbol klubunda çıxışını başa vurub.24media.az “Report”a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin istəyi və komandada illər ərzində göstərdiyi xidmətlər nəzərə alınaraq müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2018-ci ilin yayında “Qarabağ”a keçən Zubir klubda 368 matçda 78 qol vurub. O, komandanın heyətində 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Həmçinin 1 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Avropa Liqasının, 1 dəfə UEFA Konfrans Liqasının əsas mərhələsində iştirak edib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et