Bu gün:

Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat edib


Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov 89 yaşında vəfat edib.

24media.az “Report”a istinadən xəbər verir ki, Abbasəli Novruzov bu gün dünyasını dəyişib. O, sabah dəfn ediləcək.

Qeyd edək ki, Abbasəli Novruzov 1937-ci ildə anadan olub. O, ömrünün 57 ilini sərhədlərin mühafizəsinə həsr edib. 1994–2001-ci illərdə Sərhəd Qoşunlarına komandanlıq edib. 2017-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et