Gündəlik həyatda lift əvəzinə pilləkənlərdən istifadə etmək ürək-damar sağlamlığı üçün faydalı ola bilər.
24media.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şərqi İngiltərə Universiteti və Norfolk və Norviç Universiteti Xəstəxanasının tədqiqatçıları müntəzəm olaraq pilləkən qalxan insanların ürək-damar xəstəliklərindən ölmək riskinin 39 %, hər hansı səbəbdən ölmək riskinin isə 24 % daha aşağı olduğunu müəyyən ediblər.
Araşdırmada 35–84 yaş arasında 480 mindən çox insanın məlumatları təhlil edilib. Tədqiqatçılar pilləkənlərdən istifadə artdıqca sağlamlıq faydalarının da artdığını, lakin kiçik dəyişikliklərin belə müsbət təsir göstərə bildiyini bildiriblər.
Aylin Bayraməliyeva
