Bu gün:

Selena Qomez saxtakarlıq iddiası ilə üzləşib


Amerikalı müğənni və aktrisa Selena Qomez “Wondermind Global” ruhi sağlamlıq platforması ilə bağlı saxtakarlıq iddiası ilə üzləşib.24media.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkətə sərmayə qoyan beş investor Qomez və digər təsisçilərin platformanın gələcək fəaliyyəti ilə bağlı onları yanıltdığını iddia edərək məhkəməyə müraciət edib. İnvestorlar reklam əməkdaşlıqları, məşhurların iştirakı ilə xüsusi məzmunlar və mobil tətbiqin yaradılması ilə bağlı vədlərin gözlənilən şəkildə reallaşmadığını bildiriblər.

Onlar həmçinin Qomezin şirkətin brendini fəal şəkildə tanıtmaq öhdəliyini yerinə yetirmədiyini iddia edirlər. İnvestorlar yatırdıqları ümumilikdə təxminən 1,2 milyon dolların geri qaytarılmasını və əlavə kompensasiya ödənilməsini tələb edirlər.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et