Bu gün:

“28 May” və “Nizami” stansiyaları arasında avtobus marşrutları müəyyənləşdirilib


Bakı Metropoliteninin xətlərinin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar sərnişin daşımalarının təmin edilməsi üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib.24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, proses 11 ay davam edəcək və bu müddətdə sərnişinlərin məlumatlandırılması, avtobus marşrutlarının təşkili və sərnişin tələbatının ödənilməsi istiqamətində tədbirlər görüləcək.


B.Məmmədov qeyd edib ki, əlavə avtobusların ayrılması ilə intervallar tənzimlənəcək və artacaq sərnişin tələbatının ödənilməsi təmin olunacaq. Həmçinin sərnişinlərin yeni hərəkət sxeminə uyğunlaşması üçün stansiyaların girişlərində əlavə məlumatlandırma tədbirləri həyata keçirilir.


Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et