Bu gün:

Azərbaycanda kənd təsərrüfatı subsidiyalarının nəzərdən keçirilməsi təklif olunur


Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin səmərəliliyinin artırılması üçün subsidiya mexanizmlərinin yenidən nəzərdən keçirilməsi təklif olunur.24media.az “Report”a istinadən xəbər verir ki, Maliyyə Nazirliyi nəticəəsaslı subsidiyalaşdırma modelinə mərhələli keçid imkanlarının araşdırılmasını təklif edir. Bununla yanaşı, subsidiya siyasətinin beynəlxalq təcrübə əsasında mütəmadi qiymətləndirilməsi, hədəf və nəticə göstəricilərinin təkmilləşdirilməsi, monitorinq və qiymətləndirmə mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.

Həmçinin subsidiya mexanizmlərinin strateji məhsullar üzrə nəticəyönümlülüyünün artırılması, dövlət dəstəyinin məhsuldarlıq, istehsal həcmi və özünütəminetmə göstəriciləri ilə əlaqələndirilməsi təklif olunur. Subsidiyaların həcmi ilə əldə olunan nəticələr arasında əlaqənin gücləndirilməsi və ayrılan vəsaitlərin təsirinin mütəmadi qiymətləndirilməsi də əsas istiqamətlər sırasındadır.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et