Ukrayna Müdafiə Qüvvələrinin gecə saatlarında Rusiyanın Leninqrad vilayətində yerləşən “NOVATEK-Ust-Luqa” sənaye kompleksinə zərbə endirdiyi bildirilir.
24media.az “Report”a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, zərbə nəticəsində yanğın qeydə alınıb. İlkin məlumata əsasən, iki emal qurğusu vurulub. Dəyən ziyanın miqyası və zərbənin nəticələri dəqiqləşdirilir.
Qeyd edək ki, “NOVATEK-Ust-Luqa” sabit qaz kondensatının fraksiyalaşdırılması və emalı üçün nəzərdə tutulmuş istehsalat kompleksidir. Onun gücü ildə təxminən 8 milyon ton xammal təşkil edir.
Aylin Bayraməliyeva
