“Araz-Naxçıvan” klubu daha iki futbolçu ilə müqavilə imzalayıb.
24media.az “Report”a istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi 25 yaşlı Qabil Əlizadə və 21 yaşlı Nihat Mehralievlə birillik müqavilə bağlayıb. N.Mehraliev ötən mövsümü “Şamaxı”da keçirib, Q.Əlizadə isə “Sumqayıt-2”, “Karvan-Yevlax” və “Mingəçevir”də çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yeni mövsüm öncəsi daha əvvəl də bir sıra futbolçularla müqavilə imzalayıb.
Aylin Bayraməliyeva
