Bu gün:

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur


Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb.24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda Xırdalan–Sumqayıt sahəsində yol infrastrukturuna baxış keçirilir, yeni reyslərdə istifadə olunacaq hərəkət tərkiblərinin təmiri davam etdirilir.

Bakı–Xırdalan–Sumqayıt marşrutu ilə qatarların hərəkəti yeni tədris ili başlayanadək bərpa olunacaq. Qatarlar həftənin bütün günləri mövcud dayanacaqlar üzrə hərəkət edəcək.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et