Bu gün:

MDU ali təhsil müəssisələrinin sərgisində təmsil olunur


29–31 iyul tarixlərində Dövlət İmtahan Mərkəzində təşkil olunan ali təhsil müəssisələrinin sərgisində Mingəçevir Dövlət Universiteti (MDU) öz stendi ilə təmsil olunur.

24media.az xəbər verir ki, sərgi iştirakçılarına MDU-da tələbəyönümlü tədris mühiti, beynəlxalq əməkdaşlıq imkanları, praktiki bacarıqların inkişafına xidmət edən proqramlar və akademik dəstək mexanizmləri barədə məlumat verilib. Universitet nümayəndələri abituriyent və valideynlərin ixtisas seçimi, qəbul prosesi və gələcək karyera perspektivləri ilə bağlı suallarını cavablandırıblar.

Keçirilən xüsusi infosessiyada bakalavriat və magistratura səviyyələri üzrə ixtisaslar, ingilis dilində təhsil imkanları, ikili diplom və tələbə mübadiləsi proqramları haqqında ətraflı məlumat verilib.

MDU-nun sərgidə iştirakı abituriyentlərin məqsədyönlü ixtisas seçiminə dəstək göstərmək və müasir təhsil imkanlarını geniş ictimaiyyətə çatdırmaq amacı daşıyır. Sərgi iyulun 31-dək davam edəcək.

Həvva Cəbrayılova 


Paylaş
Şərh əlavə et