Bu gün:

Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları dəyişdirilib


Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycanın Türkiyədəki diplomatik korpusunda kadr dəyişiklikləri edilib.

24media.az xəbər verir ki, Nərminə Mustafayeva Azərbaycanın İstanbul şəhərindəki baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Onun yerinə Azərbaycanın Qars şəhərindəki keçmiş baş konsulu Zamin Əliyev təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Qoşqar Zeynalov Azərbaycanın Qars şəhərindəki yeni baş konsulu vəzifəsinə gətirilib. Q.Zeynalov bu təyinatadək Xarici İşlər Nazirliyində və diplomatik nümayəndəliklərdə, o cümlədən Azərbaycanın Kanadadakı səfirliyində fəaliyyət göstərib.

Qeyd edək ki, N.Mustafayeva 2020-ci ilin iyulundan İstanbulda, Z.Əliyev isə 2024-cü ilin noyabrından Qarsda baş konsul kimi xidmət edirdilər.

Paylaş
Şərh əlavə et