Bu gün:

Florensiyada sosial media asılılığına qarşı mübarizə üçün ilk mərkəz yaradılıb


İtaliyanın Florensiya şəhərində sosial media və rəqəmsal asılılıqla mübarizə məqsədilə ölkədə ilk daimi mərkəz fəaliyyətə başlayacaq.

 24media.az "AZƏRTAC"a istinadən xəbər verir ki, “Rəqəmsal köləliyi dayandırın” adlı mərkəzin əsas məqsədi gənclər arasında texnologiyadan məsuliyyətli istifadəni təşviq etmək, sosial mediadan həddindən artıq istifadənin yaratdığı təcrid, ailə münaqişələri və digər problemlərin qarşısını almaqdır.

Sentyabrdan fəaliyyətə başlayacaq mərkəzdə smartfonsuz məkan, maarifləndirici proqramlar, qrup məşğələləri, yaradıcı seminarlar, həmçinin valideynlər və müəllimlər üçün təlimlər təşkil olunacaq.

Mərkəz 10-25 yaşarası gəncləri qəbul edəcək və gündə 40 nəfərədək iştirakçıya xidmət göstərə biləcək.


Hazırladı: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et