Bu gün:

"Tramp Səudiyyə Ərəbistanı ilə 30 illik nüvə müqaviləsini təsdiqləyib"


ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi texnologiyalarının birgə istifadəsinə dair sazişi təsdiqləyib.

 24media.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumatlı iki mənbəyə istinadla bildirib.

Məlumata görə, 30 il müddətinə nəzərdə tutulan saziş Amerika şirkətlərinin proqramın həyata keçirilməsində iştirakını da əhatə edir. Razılaşmanın ABŞ və Səudiyyə Ərəbistanının birgə tədqiqatlarından sonra krallıqda uranın zənginləşdirilməsi müəssisəsinin yaradılmasına imkan verəcəyi bildirilir.

Agentliyin sözlərinə görə, sənəddə nüvə materiallarının hərbi məqsədlərlə istifadəsinin qarşısını almaq üçün Vaşinqtonun əvvəllər vacib saydığı təhlükəsizlik təminatları yer almayıb.

Ağ Ev isə hələlik belə bir sazişin təsdiqlənməsi ilə bağlı rəsmi açıqlama verməyib.


Hazırladı: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et