“Cinayət və Cəza” rus ədəbiyyatının qabaqcıllarından biri olan Dostoyevskinin yazdığı dünyaca məşhur romanlarda biridir. “Cinayət və Cəza” əsərində Raskolnikovun törətdiyi qətlə görə iztirab və peşmanlığını təsvir edilir. Bəs "Cinayət və Cəza" filmini bu qədər məşhur edən nədir? "Cinayət və Cəza" əsərinin mövzusu nədən ibarətdir?

“Cinayət və Cəza” ilk dəfə 1866-cı ildə ədəbi jurnalda, daha sonra tək cilddə çap olunub. Dostoyevski "Cinayət və Cəza"nı Sibir sürgünündən qayıtdıqdan sonra yazıb. Məlumdur ki, Dostoyevskinin o dövrdə çoxlu borcu var idi və o, bu borcu ödəmək üçün əsərlər yazırdı. “Cinayət və Cəza”nın ilk dəfə nəşr olunduğu ədəbi jurnal da Tolstoy və Turgenevin təqdim etdiyi jurnaldır. Bir müddət sonra bərk cilddə nəşr olunan "Cinayət və Cəza" bu gün də psixoloji dərinliklərdən bəhs edilən əsərlər sırasındadır. Dostoyevskinin həm yaşadığı cəmiyyəti, həm də cəmiyyətlərin əxlaqını əks etdirdiyi “Cinayət və Cəza” dünyada ən çox satılanlar siyahısında olmaqda davam edir.
"Cinayət və Cəza" əsərinin mövzusu nədən ibarətdir?
"Cinayət və Cəza" ikiqat qətl törətməyə məcbur olan Raskolnikovun hekayəsindən bəhs edir. Raskolnikov hüquq fakültəsində oxuyan kasıb bir gəncdir, lakin sələmçilərə külli miqdarda borcu var. Bir gün bacısının özündən böyük kişiyə ərə getməsi xəbərini alanda dözə bilmir. Raskolnikov illər boyu sorğulayacağı və peşman olacağı bir qərar verir. Raskolnikov borclarından qurtulmaq üçün sələmçini öldürür. Heç kimin qətli görməməsi üçün sələmçinin bacısını da öldürür. Lakin bir müddət sonra peşmançılıq və vicdan əzabı hiss etməyə başlayır. Raskolnikov bir tərəfdən qurban, digər tərəfdən qatildir. Qətli törətdikdən sonra psixoloji böhrana düşən Raskolnikov cəmiyyəti, sosial əxlaqı, ailə münasibətlərini şübhə altına almağa başlayır. Dostoyevski “Cinayət və cəza” və onun baş qəhrəmanı Raskolnikovu elə yazıb ki, oxucular qəhrəmanın əhval-ruhiyyəsini sanki qətli özləri törədiblər kimi qəbul edirlər. Raskolnikov təkcə özünün mənəvi bədbinliyini əks etdirmir, həm də oxucunu depressiyaya sürükləyir. Oxucu “Cinayət və cəza”nı oxuyanda ilk növbədə həm sosial etikanı, həm də fərdi psixologiyanı araşdırır. Dostoyevskinin bütün əsərlərində olduğu kimi “Cinayət və Cəza”da da çox təsviri dildən istifadə edib. Oxucu Raskolnikovun bütün gərginliyini və bədbinliyini müşahidə edir. Bu xüsusiyyətləri ilə "Cinayət və Cəza" ən məşhur psixoloji romanlar sırasındadır. Romanı oxuyarkən oxucunun beynində sual yaranır.
Hər kəsin cinayətə meyli varmı? Yoxsa cinayət törətmək fərdi seçimdir?
"Cinayət və Cəza" personajları kimlərdir?
Raskolnikov - O, romanın baş qəhrəmanıdır. “Cinayət və cəza” Raskolnikovun nöqteyi-nəzərindən danışılır. O, hüquq fakültəsi üzrə təhsil alan 23 yaşlı gəncdir.
Avdotya Romanovna Raskolnikova
Sofiya Semyonovna Marmeladova
Razuxumin
Porfiriy Petroviç
Arkadi İvanoviç Svidriqaylov
Mənbə : Onedio.com
Tərcümə etdi: Fatimə Mustafayeva
