Bu gün:

Dövlət Dumasında bəzi ev heyvanlarının vahid reyestrinin yaradılması təklif olunub


Yeni İnsanlar” fraksiyasının deputatları Rusiya Təbii Sərvətlər Nazirliyinə itkin düşmüş və tapılmış ev heyvanları üçün vahid federal reyestrin yaradılmasını təklif ediblər. Müvafiq məktubu Dövlət Dumasının sədr müavini Vladislav Davankov göndərib. Pişik və itlərin elanlar əsasında axtarışı ilə süni intellekt məşğul olacaq. Bu barədə TASS agentliyi məlumat yayıb.

Foto: wirestock / magnific

Hazırda ev heyvanları sahiblərinin itkin düşən heyvanlarını axtarmaq və ya tapılmış heyvanlar barədə məlumat almaq üçün vahid mexanizmi yoxdur. Deputatlar sığınacaqlardan, baytarlıq klinikalarından, regional rəqəmsal platformalardan və “Dövlət Xidmətləri” portalından daxil olan məlumatları birləşdirəcək xidmətin istifadəyə verilməsini təklif edirlər.

Sistemdə elanların avtomatik müqayisəsi üçün süni intellektdən istifadə olunması nəzərdə tutulur. Axtarış heyvanın şəkli, təsviri, mikroçipi, damğası (kleymosu) və ya itdiyi yer əsasında aparılacaq. Təşəbbüs müəllifləri hesab edirlər ki, belə bir reyestr ev heyvanlarının daha tez öz sahiblərinə qaytarılmasına kömək edəcək və sahibsiz heyvanların sayının azalmasına töhfə verəcək.

Mənbə: snob
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et