Bu gün:

Gizli şəkildə atası üçün donor oldu


Missuri ştatının Kirkvud şəhərindən olan 25 yaşlı tibb bacısı Delayne İvanovski atasının etirazına baxmayaraq, böyrəyini ona- atası Con İvanovskiyə bağışladı.

IgA nefropatiya diaqnozu qoyulan Conun həftədə 4-5 saat dializdə olması onun həyatına təsir edirdi. 

Delayn  atasının xəbəri olmadan evdə onunla və anası ilə birlikdə yaşayarkən, qan analizi və saysız-hesabsız tibbi testlər də daxil olmaqla, gizli şəkildə atasının böyrək donoru olmaq təsdiqini almaq üçün aylarla davam edən proseslərdən keçib.

Nəticədə, hər şey qaydasında olub və son ana kimi atası vəziyyətdən xəbərdar olmayıb.


Tərcümə etdi: Gülay Orucova


Paylaş
Şərh əlavə et