Bu gün:

ABŞ şirkəti Rusiyaya qarşı sanksiyaları pozduğuna görə 1 milyon dollar ödəyəcək


ABŞ-ın məsləhət xidmətləri göstərən "FTI Consulting" şirkəti Rusiyaya qarşı sanksiyaları pozmaq ittihamı ilə 1,05 milyon dollar məbləğində cərimə ödəməyə razılaşıb.

24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, şirkət 2019–2021-ci illərdə Rusiyanın VTB Bankının borc öhdəlikləri ilə bağlı əməliyyatlarda iştirak edib.

Qeyd olunub ki, "FTI Consulting" istintaq zamanı ABŞ hakimiyyət orqanları ilə əməkdaşlıq edib.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et