Biz hazırda İranla danışıqlar aparırıq.

ABŞ Dövlət katibi Marko Rubio
24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.
Rubionun sözlərinə görə, o, ABŞ və İran arasında razılaşmanın imzalanmasına zəmanət verə bilməz, lakin onun yekunlaşdırılması üçün perspektivlər görür.
“Qarşımızda perspektivlər var. Bu, bu gün baş verə bilər, sabah və ya gələn həftə baş verə bilər”, - ABŞ dövlət katibi vurğulayıb.
O, həmçinin əlavə edib ki, İran nüvə proqramı üzrə əvvəllər danışıqlarda toxunmaqdan imtina etdiyi aspektləri müzakirə etməyə razı ola bilər.
Fidan Ağayeva
