Vətəndaşlara yeni arayış növünün verilməsi də “ASAN xidmət” mərkəzlərinə daxil edilib.
24Media.az APA-ya istinadən xəbər verir ki, “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin siyahısı genişlənib.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, “ASAN xidmət” mərkəzlərində şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyatda olub-olmamasına dair arayışın verilməsi də həyata keçiriləcək.
Aylin Bayraməliyeva
