Paşinyan ixrac məhdudiyyətlərindən zərər çəkən istehsalçılara dəstək veriləcəyini bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan
24Media.az Report-a istinadən xəbər verir ki, Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malların ixrac bazarlarını şaxələndirir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə görüşdə bildirib.
“Söhbət yeni satış bazarlarından gedir. Biz çevik reaksiyaya görə beynəlxalq tərəfdaşlarımıza minnətdarıq. Qızılgül, meyvə və tərəvəzlərin alınması ilə bağlı artıq konkret təkliflərimiz var”, - Paşinyan deyib.
O, Rusiyaya ixracın qadağan edilməsi nəticəsində ziyana düşmüş istehsalçılara dəstək göstəriləcəyini vəd edib.
“Bibər xarab olacaqsa, mən o bibərin pulunu ödəyəcəyəm, hökumət ödəyəcək. Lakin bütün bunların nəticəsində Ermənistanda həm bibər istehsalı, həm də ixrac artacaq. İxraca haqsız maneələrin olduğu bütün hallarda dəstək və subsidiya proqramları həyata keçiriləcək”, - Paşinyan bildirib.
Aylin Bayraməliyeva
